Səidə Sultan: "O qədər utancağam ki..."

"Özümü tanıyandan heç kimin çörəyini yeməmişəm. Ağlım kəsəndən işləyib, pulumu qazanıram. Ancaq özüm qazanıb, özüm xərcləyirəm. Mənim kiminsə puluna ehtiyacım yoxdur".

"Özümü tanıyandan heç kimin çörəyini yeməmişəm. Ağlım kəsəndən işləyib, pulumu qazanıram. Ancaq özüm qazanıb, özüm xərcləyirəm. Mənim kiminsə puluna ehtiyacım yoxdur".

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Səidə Sultan deyib. 

Sənətçi toyların olmamasından şikayətlənən həmkarlarından danışıb:

"Başqalarının işinin azlığını, çoxluğunu saymıram. Heç kimin pulunda gözüm yoxdur. Nə qazanıramsa, şükür edirəm. Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyub dolanıram. Toy olanda gedirəm, olmayanda da şikayətlənmirəm. Heç kimə də paxıllıq etmirəm ki, toyu oldu, mən qaldım".

S.Sultan bildirib ki, biznesdə uğur qazana bilmir:

"O qədər utancağam ki, hansısa bir biznesi qursam, batıracağıma əminəm. Kimsə zəng vurub toy qiyməti soruşanda belə utandığımdan pul deyə bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31