"Onlar da İlhamənin yanına gedəcəklər, görün onda nə olacaq"

"Üzünü dartdırıb, dodağına 1 kilo boya sürənlər..."

Primetime.az xəbər verir ki, 17 avqustda Azərbaycan və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli mərhum sənətkar İlhamə Quliyevanın doğum günüdür. Bu gün onun əziz xatirəsi sənətçi və müğənnilər tərəfindən yad edilib. İlhamə xanımı unutmayanlardan, onun ölümünə üzülənlərdən biri də Dağıstanın əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı prodüser Tarix Əliyevdir (Tolik). O, İnstaqramda mərhum sənətkarı belə yad edib:

"Allah sizə rəhmət eləsin. Bu gün sağ olsaydınız, inanın, bütün məşhurlar şəklinizi qoyub, "kraliçamız, primadonnamız, anamız, atamız, böyüyümüz" yazıb sizi təbrik edərdilər. Amma həyat fanidir, siz həyatdan köçdünüz. Üzünü dartdırıb, dodağına 1 kilo boya sürənlər, ömür boyu doğum günü qeyd etməyib, siz dünyadan köçəndən sonra özlərinə təmtəraqlı ad günü edənlər özlərini şou-biznesdə böyük fiqur sayırlar. Nə isə, İlhamə xanım bu dünyadan köçüb getsə də onun adını çəkib gündəmdə qalanlar hələ də var. Bir gün onlar da sizin yanınıza gələcəklər, görün onda nə olacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31