Sona Vəliyevadan möhtəşəm LAYİHƏ – VİDEO
6 Avqust 2016 12:07 MədəniyyətTanınmış şairə, yazıçı-alim, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevanın ideya müəllifliyi ilə "Arazbarı" adlı musiqi layihəsi hazırlanıb.
Layihədə səslənən "Arazbarı" adlı mahnının sözləri də məhz Sona Vəliyevaya məxsusdur.
Mahnının musiqisini isə tanınmış bəstəkar Tahir Əkbər hazırlayıb.
Mahnını tanınmış muğam ifaçıları olan Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov ifa ediblər.
Layihədə səslənən Sona Vəliyevaya məxsus şeiri isə Azərbaycanın xalq artisti İlham Əsgərov səsləndirib.
Xatırladaq ki, ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq yazıları ilə tanınan Sona Vəliyevanın 2011-ci ildə təqdim etdiyi "Arazbarı" adlanan şeirlər kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.