Flora Kərimova ilə qızı bir-birinə nələr dedi? - VİDEO
29 İyul 2016 10:40 Mədəniyyət75 illiyini qeyd edən xalq artisti Flora Kərimova İngiltərədə yaşayan qızı Zümrüdün videogörüntülü təbrikini "İnstagram"da yerləşdirib.
Publika.az xəbər verir ki, illərin sənətkarı doğum günündə yanında olmayan qızının təbrikinə belə cavab verib: "Qürurum - qızım, sənə baxanda artıq anlayıram ki, bu həyatda məndən geridə qalacaq ən boyük uğurum övladlarım - sənsən, Oqtayımdır. Nə yaxşı ki, siz varsız, nə yaxşı ki, sən varsan, nə yaxşı ömrümün bir parçasısan, nə yaxşı ki, Allah səni mənə bəxş etdi və nə yaxşı ki, səni bu biçimdə, bu ürəkdə yaradıldın qızım. Sən mənin qızım yox. Sən mənim fərəhim, sevincim, nəfəsim, sirdaşım, dostum, dayağımsan... Hər şeyimsən qızım!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31