"Anam məni döyə-döyə..." - Könül Kərimova
"Çox utancaq idim, əziyyət çəkirdim. Səhnəyə çıxanda mahnı sözlərini unudurdum. Həyat yoldaşım mənə müğənnilikdə çox dəstək olub”.
28 İyul 2016 17:52 Mədəniyyət"Çox utancaq idim, əziyyət çəkirdim. Səhnəyə çıxanda mahnı sözlərini unudurdum. Həyat yoldaşım mənə müğənnilikdə çox dəstək olub".
Məlumata görə, bu sözləri müğənni Könül Kərimova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Sənətçi ərə getmək arzusundan bəhs edib:
"O vaxt səhnədə mən oxuyanda yoldaşım səsimi yazırdı, sonra qohumumuzun klubunda səsləndirir, bütün kəndə qulaq asdırırdı. Həmin vaxt ailə qurmağa çox həvəsli idim. Dəhşət gözləyirdim ki, toyum olsun, ərə getmək üçün ürəyim gedirdi. Həyat yoldaşım xalam oğludur. Ərə getdim bir il evdə oturdum. Heç oxumaq, efirə çıxmaq istəmirdim. Anam məni döyə-döyə səhnəyə gətirdi.
İndi qızıma, oğluma əsəbiləşirəm ki, biz ərə getmək üçün ölürdük, siz istəmirsiniz.
Ailə qurduqdan sonra yoldaşım Qarabağ müharibəsinə getdi, mən də məcbur toylara getdim".