Parisdə Azərbaycan-fransız musiqi gecəsi keçirilib

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib.

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ADA-nın prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel qonaqları salamlayıb, Azərbaycan haqqında və ölkəmizin Fransa ilə münasibətləri barədə məlumat verib, Assosiasiyanın fəaliyyətindən və gələcək layihələrindən bəhs edib. Sonra qonaqlara məşhur fransız yazıçısı Qonzaq Sən Brisin "Aleksandr Duma Qafqazda" adlı 5 dəqiqəlik filmi təqdim edildi. Filmdə A.Dümanın Bakı, Qarabağ və digər bölgələrə səfəri, dahı Azərbaycan şairi Natavan ilə görüşü təsvir edilib. Təqdimatda iştirak edən Sən Bris Azərbaycana səfəri, təəssüratları və filmin necə yaranması haqqında danışıb və suallara cavab verib. Məhşur yazıçı Azərbaycana səfərindən bəhs etmiş ölkəmizin zəngin mədəniyyəti haqqında məlumat verib. Sonra Azərbaycan muğam ustası Qoçaq Əsgərovun və fransız caz ifaçısı Pyer de Treqomanın birgə konserti olub. Konsertdə Azərbaycan (Bayati Kürd, Rast, Sarı Gəlin) və fransız musiqiləri ayrı-ayrı və sintez şəklində ifa ediblər. Musiqi gecəsi Fransanın Milli Bayramı - 14 iyula təsadüf etdiyi üçün qonaqlar Eyfel Qulləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından bayram atəşfəşanlığını da izləmək imkanı əldə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31