Rusiyalı aktyorlar Bakıya gələcək

Noyabrın 17-dən 20-dək V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Noyabrın 17-dən 20-dək V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Axşam.az xəbər verir ki, V.Mayakovski adına Moskva Akademik Teatrının qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin "Bolşiye qastroli-2016" proqramı çərçivəsində reallaşacaq.

Rusiyalı aktyorlar noyabrın 17-18-də N.Qoqolun "Evlənmə", 19-20-da Maryus İvaşkyaviçyusun "Rus romanı" tamaşasını nümayiş etdirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31