Şeyxdən xalq artisti ilə bağlı GİZLİN FAKT

Tanınmış kinorejissor Əbdül Mahmudbəyli xalq artisti Tariyel Qasımovla bağlı maraqlı fakt açıqlayıb.

Publika.az-a açıqlama verən rejissor gizlinləri açıb-töküb.
 
"O vaxt "Sahilsiz gecə" filmini çəkəndə böyük qalmaqalla qarşılaşdım. Mənə dedilər ki, filmdə baş rola Tariyel Qasımov çəkilməyəcək, başqası çəkiləcək. O aktyor dünyasını dəyişdiyi üçün adını çəkmirəm. Mən qəti şəkildə etiraz etdim, dedim ki, başqa cür ola bilməz. Bildirdim ki, Bədii Şura təsdiqləyəndən sonra filmdə aktyoru dəyişməyə heç kimin ixtiyarı yoxdur. Tariyel Qasımovu istəməyən insanlar qətiyyətlə mübarizə apardılar, amma mən çətinliklə də olsa, istəyimə nail oldum, onu baş rola çəkdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31