Yerli şou-biznesin qayınanaları - Siyahı
14 İyul 2016 20:02 MədəniyyətŞou-binzesin tanınmış simalarının bir çoxu qayınanadırlar.
Axşam.az sənət aləminin tanınmış qayınanalarının siyahısını təqdim edir:
Əməkdar artist Elza Seyidcahanın həm gəlini, həm də kürəkəni var. Müğənninin qızı Gülşən Elxan adlı fotoqrafla, oğlu Əkbər isə Xəyalə adlı xanımla ailəlidir.

Aşıq Zülfiyyə yeganə oğlu Babəki öz qohumu ilə evləndirib.

Xalq artisti Səkinə İsmayılova da şou-binzesin "qayınana" statusuna sahib olanlardandır. Muğam ifaçısının nəvəsi də var.
Əməkdar artist Mətanət İsgəndərin oğlu Kərim ailəlidir və üç övladı var.

Əməkdar artist Bəsdi Sevdiyeva qızını bu yaxınlarda ərə verib. Onun kürəkəni Türkiyə vətəndaşıdır.
Bəstəkar Nailə Mirməmmədli oğlunu ötən il evləndirib.

Xalq artisti Nazpəri Dostəliyeva iki oğlunu da evləndirib. Müğənninin üç nəvəsi var.

Əməkdar artist Sənubər İsgəndərlinin qızı ailəlidir.
Xalq artisti Afaq Bəşirqızının oğlu oğlu ailəlidir və övladı var.
Xalq artisti Mələkxanıb Əyyubova da qayınanadır.

Bəstəkar Aygün Səmədzadənin qızı Ülkərin toyu ötən il olub.

Xalq artisti Flora Kərimovanın oğlu ailəlidir və xaricdə yaşayır. Qızı isə bir neçə il əvvəl həyat yoldaşından ayrılıb.