“Enquri” xoreoqrafik ansamblının solo konserti təşkil olundu

İyulun 12 də, Marneuli Mədəniyyət mərkəzində fəaliyyət göstərən “Enquri” uşaq gürcü milli rəqs xoreoqrafik ansamblı konsert keçirdi. Marneulili şagirdlərdən ibarət ansmbl, tamaşaçı qarşısında gürcü folklor rəqs nömrələri göstərdi. Rəqs nömrələri teatr səhnələri ilə dolu idi.

İyulun 12 də, Marneuli Mədəniyyət mərkəzində fəaliyyət göstərən "Enquri" uşaq gürcü milli rəqs xoreoqrafik ansamblı konsert keçirdi.
Marneulili şagirdlərdən ibarət ansmbl, tamaşaçı qarşısında gürcü folklor rəqs nömrələri göstərdi. Rəqs nömrələri teatr səhnələri ilə dolu idi.

Viktor Caparidze, Kvemo Kartli Qubernatoru Paata Xizanaşvili, Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Bələdiyyə Sədri Nəbi Abdullayev,

Özünüidarəetmənin digər rəhbər şəxsləri, əməkdaşları və dəvvətli qonaqlar konsertə qatılmışdılar. Konsertin sonunda, ansamblın hər bir üzvünə təşəkkürnamə verildi. Qeyd etmək lazımdır ki, "Enquri" ansamblı müxtəlif etnosların nümayəndələrini (ansambl azərbaycanlı və gürcü şagirdlərdən ibarətdir) özündə birləşdirir. Ansambl Yerli Özünüidarəetmənin dəstəyi və səyləri nəticəsində ölkə daxilində və xarıcdə

önəmli uğurlara imza atdı. Cari ilin fevral ayının 7-12 də İspaniyanın Loret De Marş şəhərində keçirilən "Beynəlxalq İncəsənət Festivalında" ("FOLK FESTIVAL IN CATALONIA") ansambl ən böyük mükafatı qran prini əldə etdi. Festivalda iştirak etmək yalnız ansambl deyil Marneuli Bələdiyyəsi üçündə vacib rol oynadı. Beləki, ansambl geniş miqyaslı tamaşaçı qarşısında çıxış edərək müxtəlif etnosların nümayəndələrinin bir yerdə, bir ansamblda mübarizə aparmağa qadir olduğunu, incəsənətin dilinin olmadığını, mədəni, sosial, iqtisadi və müxtəlif maniələr tanımadığını, millətlər arasında ünsiyyət yaratmasını göstərdi. "Enquri" ansamblının uğuru azərbaycanlı və gürcü millətinin böyük dostluğu və harmonal münasibətlərinin ən parlaq nümunələrindəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31