Aktrisa: "Ərimlə nigahım var, sübut edəcəm"
Aktrisa Xuraman Əlizadənin şəxsi həyatı haqqında xoşagəlməz dedi-qodular yayılıb. SİA-nın verdiyi xəbərə görə, aktrisa bütün olanlara münasibət bildirib: "Ailə qurmuşam.
8 İyul 2016 12:54 MədəniyyətAktrisa Xuraman Əlizadənin şəxsi həyatı haqqında xoşagəlməz dedi-qodular yayılıb. SİA-nın verdiyi xəbərə görə, aktrisa bütün olanlara münasibət bildirib: "Ailə qurmuşam. Bu nikahımız mənim və ərə getdiyim insanın ikinci evliliyidir. Birinci evliliyimiz uğursuz olub, ayrılmışıq. Amma bəziləri söyləyir ki, bir-birimizin ailəsini dağıtmışıq. Heç də belə deyil. Həyat yoldaşımla bu fikirləri eşidən də bir-birimizə daha da bağlanırıq. Hər ikimizin qohumları arasında gediş-gəliş, hörmət var. Hətta söyləyirlər ki, nigahdan kənar övladımız dünyaya gələcək. Bu sözləri danışanlar bilsin ki, nigahımız var, bunu sübut da edəcəm. Onu da qeyd edim ki, xasiyyət baxımdan davakar biri deyiləm. Amma müəyyən yerə qədər səbrim var. İnsanın hissləri ilə oynayanlar, Allah var, bəsdirin!".