Rəqsanə: "Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsun?
30 İyun 2016 17:33 MədəniyyətBir neçə gündür ki, mətbuatda tanınmış müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysunun nişanının pozulması haqqında xəbərlər dolaşır. Məsələ ilə əlaqədar olaraq ifaçı SİA-ya açıqlama verib: "Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsunda? Ayıbdır, işin əslini bilmədən, araşdırmadan necə belə xəbərlər yaza bilirlər?! Mən açıqlamamda demişdim ki, əlbəttə övladımın xoş gününü gizlətməyəcəyəm. Ola bilsin Aysunun nişanını da Yağmurun doğum günü ilə bir vaxta saldıq, amma hələ dəqiq deyil. Aysun və Ali türkiyədəki işləri ilə əlaqədar ayın 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik. Reytinq xatirinə müqəddəs ayda öyrənmədən xəbər yazmaq olmaz axı. Araşdırmadan övladımın gələcəyi ilə bağlı absurd xəbərlər yazıb, onun adını hallandırmayın!"