Xalq artistlərinin yubileyləri qeyd olunacaq

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artistləri, Gənc Tamaşaçılar Teatrının qocaman aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 yaşı tamam olması münasibətilə həyata keçiriləcək yubiley tədbiri Teatr Muzeyi və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, Teatr Muzeyinin direktoru Sevinc Mikayılova ilə yanaşı, teatrın aktyorları yubilyarlar haqqında fikirlər səsləndirəcək, xalq artistlərinin rol aldıqları tamaşalardan fotoşəkillər, videoçarxlar nümayiş etdiriləcək. Tədbir iyun ayının 24-də saat 15.00-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31