Musiqili Teatr Şamaxıya gedir

Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır. "OLAYLAR"-ın xəbərinə görə, səfər 22 iyun tarixində baş tutacaq. Teatr həmin gün saat 14.00-da Şamaxı rayonunda Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana" iki hissəli musiqili komediyası ilə çıxış edəcək. Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı bir-birindən maraqlı tamaşalarla Masallı və Xaçmaz rayonlarında da çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31