Sibel Canı 10 kilo arıqladan menyu

Sibel Canın artıq çəkidən birdən-birə xilas olduğunu çoxumuz eşitmişik. Bəs necə arıqladığından xəbəriniz varmı? 

Atv.az bildirir ki, Sibel Can qabaq şorbası sayəsində ac qalmadan arıqladığını söyləyib. Həm də hər gün 1 saat yürüş və üzgüçülüklə məşğul olub. 

Səhər: 1 yaşıl alma sobada bişirilir. Yeyəndə üzərinə darçın əlavə edilir. Azacıq pəhriz südü, ya da iki qaşıq yağsız qatıqla bir kasa müsli (müsli taxıl dənələrinin qaşırdırmasından hazırlanan qida növüdür).

Nahar fasiləsi: Qabaq şorbası (içinə limon da əlavə edilə bilər) və 1 dilim çörək.

Axşam: 1 parça qızardılmış qızıl balıq və 1 boşqab az pörtlənmiş  tərəvəz. 

Yatmazdan əvvəl: 1 stəkan yağsız süd

Qeyd: Pəhriz üçün nəzərdə qazlı içki nəzərdə tutulsa belə, sağlam maye olmadığı üçün qadağandır. Hər gün 2,5 litr su içilməlidir. Acanda qabaq şorbası yeməyə icazə var. Duzlu yeməklər də qadağandır. 

Qabaq şorbasının hazırlanma qaydası: 

Ərzaq: 

4 qabaq
2 ədəd rəndələnmiş pomidor 
1 dəstə cəfəri 
1 dəstə şüyüd
1 dəstə nanə
İstədiyiniz digər ədviyyatlardan da əlavə edə bilərsiniz

1 dəstə şüyüdü su ilə qaynadın, sonra qalan ərzağı əlavə edib mikserdən keçirin və acanda için. Yağ və duz isə olmaz. Pəhrizdə duzun əvəzinə pomidor, limon, sirkə istifadə etmək olar.

Qeyd: Axşamlar bir tikə ət aclığı azaldır. Bu pəhrizdə qızılbalıq yerinə toyuq, hinduşka ətinə və ya başqa balığa yer verə bilərsiniz. Qaynadılmış tərəvəzə dad vermək üçün limon, bir damcı zeytun yağı, sirkə və ya soya sousu əlavə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31