Günel boşanma şayiələrinə son qoydu
21 İyun 2016 11:37 MədəniyyətAparıcı Günel Hümbətova həyat yoldaşı Firuz Soliyevlə ayrılma xəbərlərinə son qoyub.
Məlumata görə, aparıcı qızı Jozefina və həyat yoldaşı ilə yeni fotolarını sosial şəbəkədə paylaşıb.
O, şəklə "Ailə" şərhini yazıb.
Qeyd edək ki, G.Hümbətova və F.Soliyev Las-Veqasda nikah masasına oturublar. Günel ötən il Bakıya qayıtsa da, həyat yoldaşı Amerikada qalıb. Bu da cütlüyün ayrılması ilə bağlı dedi-qoduların yayılmasına səbəb olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31