"Aşıqlar" xalq kollektivi Xorvatiyaya səfərə hazırlaşır

Bu barədə "Olaylar" az-a aşıq Əli məlumat verib. O, bildirib ki, iyulun 19-dan 24-ə kimi Xorvatiyada keçiriləcək musiqi festivalında ölkəmizi təmsil edəcəklər:

"Festivalın təşkilat komitəsindən Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Aşıqlar Birliyinə müraciət ünvanlanıb. "Aşıqlar" xalq kollektivininin Azərbaycanı festivalda təmsil etməsi məktubda əksini tapıb. Artıq kollektivlə festival üçün nəzərdə tutulan proqramın məşqlərinə başlamışıq. Festivalda iştirak edəcək ölkələr öz folklor nümunələrini təqdim edəcəklər. Bizim səfərimiz 5 gün nəzərdə tutulub".

Qeyd edək ki, "Aşıqlar" xalq kollektivini aşıq Əli, aşıq Vüqar Mahmudoğlu ilə birlikdə yaradıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31