“Nabat” və “Axınla aşağı” bədii filmləri Türkiyənin “Kristal Kale” Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb
14 İyun 2016 15:24 MədəniyyətElçin Musaoğlunun "Nabat" və Asif Rüstəmovun "Axınla aşağı" tammetrajlı bədii filmləri Türkiyənin "Kristal Kale" Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 24-30 iyun keçiriləcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.
Qeyd edək ki, "Nabat" və "Axınla aşağı" bədii filmləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31