"Nigarın qarşısında diz çökdüm"
13 İyun 2016 17:57 MədəniyyətMüğənni Rauf yeni klipinə "Eurovision 2011" qalibimiz Nigar Camalı çəkib.
Sənətçi "ATV maqazin onlarla" verilişində ondan çox çətinliklə razılıq aldığını etiraf edib:
"Çox xahiş etdim, yalvardım, hətta qarşısında diz də çökdüm. Sonda klipimə çəkilməyə razılaşdı. Mən bir dəfə Nigar xanımın klipində çəkilmişəm. Onun komandasından zövq almışam".
N.Camal "Rauf da, mən də çılğın insanıq. İşbirliyimiz də maraqlı alındı" deyə, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31