Aparıcı: "İlhamə xanım, qapısı bağlı qalan evin mübarək ayda belə açılmır"
10 İyun 2016 18:30 MədəniyyətAparıcı Sərxan Kərəmoğlu mərhum xalq artisti İlhamə Quliyevanın evinə gedərək, orada şəkil çəkdirib. SİA-nın verdiyi xəbərə görə, fotonu sosial şəbəkədə paylaşan S.Kərəmoğlu mərhumla küsülülüyündən bəhs edib: "Yəqin görürsən, bax bu da sənin 73 ildən sonra qurub-qoşduğun ev. Kimsəsiz və tənhadır. Evə getdim və düşündüm ki, bu evdə sənin doğmaların oturur. Burada hər həftə cümə axşamlarında adına yemək hazırlamalı, Quran oxutmalıydılar. Amma qapısı bağlı qalan evin bu mübarək ayda belə açılmır. Niyə? Çünki sən bütün sənə əziz olan insanları və dostları özünə düşmən bilirdin. Çoxları elə bilir bu yaşla əlaqədardır. Əsla. Elə gəncliyin də fərqli olmayıb. Ən azı 20 il dostluq etdik, kaş etməyəydik. Bu mübarək ayda bütün böyüklərə sözüm var: Allah sizi saxlasın, əksik olmayın. Amma doğmaların yerini heç nə verməz unutmayın. Allah sizə rəhmət eləsin. Heç olmasa o dünyada oradakılarla dost ol. Sənin də, baltanın da yeri görsənir, xəbərin olsun".