Aktyorla rejissor arasında sərin küləklər əsir?

Aktyor Elçin Məmmədli rejissor Samir Qulamov haqqında danışıb. SİA-ya açıqlama verən aktyor rejissorla yeni iş birliyi etdiyini söyləyib: “Samir  Qulamov “Şərəf” adlı yeni film çəkib. Baş rolda mən oynamışam. Lakin hələki ekran işini heç bir kanala təqdim etməmişik. Çünki Samirin başı qarışıqdır. Ailəsində ağır itki üz verib. Atası dünyasını dəyişib. Amma yeni mövsümdə “Şərəf” filmini kanalların biri ilə razılaşsaq, tamaşaçılara təqdim edəcəyik”.

Aktyor Elçin Məmmədli rejissor Samir Qulamov haqqında danışıb. SİA-ya açıqlama verən aktyor rejissorla yeni iş birliyi etdiyini söyləyib: "Samir  Qulamov "Şərəf" adlı yeni film çəkib. Baş rolda mən oynamışam. Lakin hələki ekran işini heç bir kanala təqdim etməmişik. Çünki Samirin başı qarışıqdır. Ailəsində ağır itki üz verib. Atası dünyasını dəyişib. Amma yeni mövsümdə "Şərəf" filmini kanalların biri ilə razılaşsaq, tamaşaçılara təqdim edəcəyik".

Elçin Samirlə aralarını vurmaq istəyən insanlardan da danışıb: "Bir müddət öncə Samir Qulamovla münasibətimiz pozulmuşdu. Bir neçə nəfər aramızı vurmaq istəyirdi və bacardı da. Xeyli vaxt idi ki, rejissorla münasibətimiz yaxşı deyildi. Aramızda sərin küləklər əsirdi. Hazırda isə heç bir problemimiz yoxdur. Münasibətlərimiz düzəlib".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31