Səlim Abbasov: “Ramazan bayramından sonra xoş xəbər eşidəcəksiniz”
Əməkdar artist Səlim Abbasov şəxsi həyatından söz açıb.
8 İyun 2016 14:55 MədəniyyətƏməkdar artist Səlim Abbasov şəxsi həyatından söz açıb. SİA-ya açıqlama verən ifaçı evlənmək istədiyini söyləyib: "Nikah masasına əyləşmək üçün hələ ki, namizədim yoxdur. Ailəm hər gün evlənməyim üçün bir çox xanımlar məsləhət görürlər. Valideynlərim ailə qurmağım üçün can yandırırlar. Amma Ramazan bayramından sonra xoş xəbər də eşidə bilərsiniz. Çünki həyatdır, hər şey ola bilər".
Səlim şou-biznesdə evlənib, boşananlara da münasibət bildirib: "Şou-biznesdə evlənib-boşanan insanları anlamıram. Dostlarn üçün evlənməyin mənası yoxdur. Toy xatirinə ailə qurmaq olmaz. Mənim üçün evlilik həyatı ciddidir. Ailə qurmağı oyuncağa çevirmək düzgün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31