Rəqsanə qızının nişan tarixini açıqladı - FOTO

Müğənni Rəqsanə İsmayılova qızı Aysuna nişan edəcək

Müğənni Rəqsanə İsmayılova qızı Aysuna nişan edəcək. İfaçı mərasimin bu ayın 28-də baş tutacağını deyib:

""Hə" verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik".

R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib: 

"Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacaq. Xına mərasimi də edəcəm".

Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:

"Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayırlar. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31