11 ayın sultanı Ramazan bayramında hansı məşhurlar oruc tutur? SORĞU

11 ayın sultanı Ramazan bayramında oruc tutmaq insanlar üçün vacib əməllərdən biridir.

11 ayın sultanı Ramazan bayramında oruc tutmaq insanlar üçün vacib əməllərdən biridir. SİA-ya oruc saxlayan və oruc tutmayan məşhurların siyahısını təqdim edir:

Müğənni Sevinc Ağaşirinova: "Özüm oruc tutmasam da, oruc tutan insanlara hörmətim var. Allahdan arzu edirəm ki, hər kəsin orucu qəbul olsun! Ramazan ayı hamının evinə ruzi-bərəkət, sağlıq gətirsin".

Müğənni Yaşar Yusub: "Hər il olduğu kimi bu dəfə də oruc tutdum. Allah hamıya dözüm versin".

Müğənni Xuraman Şuşalı: "Hər il olduğu kimi Ramazan bayramında oruc tuturam. Allah hamıya oruc tutmağı nəsib etsin. Tanrı hamının duasını qəbul etsin".

Müğənni Yaşar Cəlilov: "Müqəddəs Ramazan bayramında oruc tutmaq hamımızın borcudur. Mən də oruc saxlamışam. Allah hamının duasını qəbul etsin".

Aparıcı İlahə Nizamiqızı: "Oruc tutmuşam. Çünki həyatda ən böyük sevgim Allahımadır. Tanrıya bağlı biriyəm. 1 ay davamlı olaraq Ramazan bayramında oruc tutacam. Bütün müsəlman bacı, qardaşlarımızı da bu bayram münasibəti ilə təbrik edirəm".     

        

Stlist Samiraldo: "Oruc saxlaya bilmirəm. Çünki məhz həmin ay mənə aclıq hissi gəlir. Susuzluğa dözümüm yoxdur. Oruc olarkən mədəmdə problemlər yaranır. Amma Allaha inanan insanam. Tanrı oruc tutan hər bir kəsin niyyətini qəbul etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31