Xalq artisti: “Tanınmış insan olmağımdan heç vaxt istifadə etmərik”

“Nəvəm - Pərviz Qasımov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiysında təhsil almaq arzusundadır. Bu səbəbdən də o, bu gün akademiyanın sınaq qabiliyyət imtahanlarında iştirak etdi”. Bunu SİA-ya açıqlamasında xalq artisti Nisa Qasımova deyib.

"Nəvəm - Pərviz Qasımov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiysında təhsil almaq arzusundadır. Bu səbəbdən də o, bu gün akademiyanın sınaq qabiliyyət imtahanlarında iştirak etdi". Bunu SİA-ya açıqlamasında xalq artisti Nisa Qasımova deyib.

O qeyd edib ki, nəvəsi P.Qasımov qaydasız döyüşlə məşğul olduğuna görə, təhsilini də idman istiqamətində davam etdirmək istəyir: "Nəvəm qaydasız döyüşlə məşğul olur. Bu yaxınlarda keçirilmiş gənclər arasında Azərbaycan çempionatındakı çıxışının videoyazısını izlədik. Onun birinci yerdə olduğunu gördük. Ancaq niyəsə, hakim nəvəmin əlini qaldıran zaman, məşqçisi onu ikinci yerə saldı. Bu isə, məni məyus etdi. Ona söz verdim ki, akademiyanın sınaq qabiliyyət imtahanlarında iştirakını canlı izləyəcəyəm.  AZDBTİA-nın sınaq qabiliyyət imtahanlarını valideynlərin izləməsi üçün akademiya rəhbərliyi tərəfindən icazə verilib. Nə mən, nə də nəvəm tanınmış insan olmağımdan heç vaxt istifadə etmərik.  Mən ona yalnız mənəvi dəstək oluram. İmtahan zamanı da məşqçi və müəllimlər Pərvizə hər şeyin yalnız özündən asılı olduğunu dedilər".

Xalq artisti bildirib ki, AZDBTİA-dakı şərait yüksək səviyyədədir: "Akademiya  çox inkişaf edib. Buradakı təhsil dünya standartlarına cavab verir. Nəvəm də bunları görür və burada təhsil almaq istəyir. Buradakı şəraiti, təhsili görəndən sonra bir daha akademiyanın yüksək səviyyədə fəaliyyət göstərdiyinə əmin oldum. Nəvəmin sınaq qabiliyyət imtahanı zamanı özüm də bir çox idman elementlərini öyrəndim. Pərvizin dərslərinə də nəzarət edirəm. Hazırlığını başa vurub, biraz dincəlib, imtahanlara əminliklə gedəcək.  Allah bütün övladları xoşbəxt eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31