Xuraman kirayə ev axtarır

Müğənni Xuraman Şuşalı yeni evə köçür. Axşam.az  bildirir ki, açıqlama verən ifaçı kirayə ev axtardığını deyib: "Hazırda bina evində yaşayıram. Uşaqlarım hər dəqiqə həyətə düşə bilmirlər. Ona görə də bağ evi kirayə tutmağı düşünürəm. İstəyirəm, həyətdə çox olsunlar, hava alsınlar. Hazırda yaşadığm evi satıb, bağ da ala bilmərəm. Çünki ev elə bir gündədir ki, gərək başdan-ayağa təmir edilə. Övladlarıma sərbəstlik verməyi xoşlayıram. Onlar da divar kağızlarını cırıb, yazıblar".

X.Şuşalı mənzilinə kamera qoşduracağını bildirib:

"Üç uşağı saxlamaq asan deyil. Onları dayəyə etibar edə bilmirəm. Ona görə də evimin hər yerinə kamera qoşduracam. Yaxın günlərdə Nabrana gedəcəm, yayda Bakıda qalmağı düşünmürəm. Payızda qayıdanda isə, uşaqları dayəyə həvalə edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31