İlhamə Quliyevanın oğlu həbs olunacaq?
2 İyun 2016 14:45 MədəniyyətƏməkdar artist Firuzə İbadovanın səhhətində yenidən problem yaranıb. SİA-ya bu haqda ifaçının özü danışıb: "Yenidən səhhətim pisləşib. Həkim nəzarəti altındayam. Çox əsəbləşirəm. Problemlərim həll olmur ki, özümü yaxşı hiss edim. Özümə qarşı biganəlik hiss edirəm. Bir gün eşidəcəksiniz ki, Firuzə İbadova həyatda yoxdur".
Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barəsində Bakı şəhər Baş Prokurorluğuna etdiyi şikayətdən də danışıb: "Orxanı çox istəyirəm. Onun həbs olunmasının tərəfdarı deyiləm. Amma Orxan mənə qarşı çox haqsızlıq etdi. Ondan öz pulumu tələb edirəm. Heç nəyə ehtiyyacım yoxdur. Mənim sadəcə olaraq, yalansız insanlara, sənətə qiymət verənlərə ehtiyyacım var. Bilirsiniz ki, mənim başqa yerdən gəlirim yoxdur. Hər zaman Orxanın yanında olmuşam. Lakin, artıq geri çəkilmişəm. Nə vaxtsa, Orxan etdiyi əməllərə görə öz qohumları tərəfindən həbs olunacaq. İlhamə xanım sağlığında deyirdi ki, səbr et, yaxşı olacaq. Amma İ.Quliyeva vaxtsız dünyasını dəyişdi. Allah ona rəhmət eləsin".
Sənətçi həmkarlarından fərqli biri olduğunu da xüsusi ilə diqqətə çatdırıb: "Mən müğənni ola bilərəm. Amma bu o demək deyil ki, sənəti olmayan ifaçılardanam. Heç bir həmkarım məndən inciməsin. Mən bütün sənətçilərdən fərqliyəm. Mən illərin Firuzə İbadovasıyam. Öz dəsti-xəttim və kürsüm var".