Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyunun 7-də Milli İncəsənət Muzeyində xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əsərləri də nümayiş etdiriləcək.
Qeyd edək ki, Baba Balababa oğlu Əliyev 22 mart 1915-ci ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1940-1941-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31