Azərbaycan Norveçdə keçirilən beynəlxalq festivalda təmsil edilib
27 May 2016 12:13 MədəniyyətNorveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı soydaşlarımız Osloda keçirilən beynəlxalq festivalda işitrak edib. "OLAYLAR"-ın DİDK-yə istinadən verdiyi xəbərə görə, 43 ölkənin qatıldığı "Dünya Rəngləri: Mədəniyyət və Dil beynəlxalq festival"ının səhnəsində Azərbaycan rəqsləri və milli paltarları nümayiş etdirilib, YUNESKO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına salınmış milli musiqi alətimiz olan tarın sədaları səsləndirilib. Festivalda həmçinin, Azərbaycan həqiqətlərini özündə əks etdirən sərgi və guşə təşkil olunub. Azərbaycan həqiqətlərinə dair guşə Oslo şəhərinin Saqene bölgəsinin bələdiyyə günü ilə bağlı keçirdiyi tədbirlərdə də təşkil olunub. Tədbir çərçivəsində Saqene bölgəsinin bütün siyasi partiyalarından olan nümayəndələri ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Sonda Norveç İşçı Partiyasından olan bələdiyyə sədri Helqe Stoltenberq Azərbaycan icmasının Saqene bölgəsinin ictimai - siyası həyatında və bələdiyyə günündə fəal iştirakına görə Oslo Azərbaycan Evinin sədri Ramil Əliyevə təşəkkür edib və azərbaycanlı rəqqaslarla xatirə şəkli çəkdirib.