Elariz qızının boşanma xəbərinə münasibət bildirdi

Müğənni Elariz Məmmədoğlu qızının boşanması ilə bağlı yayılan şayiələrə son qoyub. Məlumata görə, ifaçı xəbərin yalan olduğunu söyləyib: "Belə bir şey yoxdur. Mənim üç nəvəm var, xoşbəxt yaşayır. Qızımın ailəsinin videolarını da sosial şəbəkədə yayacam". E.Məmmədoğlu bir vaxtlar bizneslə məşğul olmasından danışıb:"Elə insan var ki, biznesi əla alınır. Bəzilərində isə durğunluq yaşanır. Məndə orta vəziyyət idi. Əvvəl biznesim olub, amma orada itirdiyim vaxt ləzzət etmədi. Düşündüm ki, mənlik deyil. Həm kababxana, həm market işlədir, həm də müğənnilik edirdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31