“1 milyon versələr də, xaricdə toy aparmaram”
25 May 2016 10:51 MədəniyyətƏməkdar artist Yusif Mustafayev xarici ölkələrdən gələn toy təkliflərindən imtina etdiyini deyib.Axşam.az-ın məlumatına görə, müğənni "5/5" verilişində aparıcı Zaur Kamalın bununla bağlı suallarını cavablandırıb:"1 milyon versələr də, xaricdə toy aparmaram. O pulu nə edirəm? Təyyarəyə minəndə təzyiqim qalxacaq, həyəcan keçirəcəm, qorxacam. Sağ-salamatam, şəkərim də yoxdur.Gedib orada milyonu alacam, şəkər xəstəliyi tapacam. Nəyimə lazımdır? Burada qazandığıma min bərəkət. Azərbaycanın torpağından gələn pula qurban olum".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31