Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə üçüncü oldu

Yekatirinburqda keçirilən SSRİ Xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi"ndə Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, gənc aktrisa Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə iştirak edib. Finalda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" əsərindən Gülçöhrənin ariyasını ifa edən Aydan Həsənova "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi"ndə 3-cü yeri qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31