1 gündə 6 milyon insanın izlədiyi klip – VIDEO
19 May 2016 09:55 MədəniyyətÖtən ilin dekabr ayında "A Head Full of Dreams" adlı albomla fanatlarını sevindirən Coldplay qrupu ard-arda kliplər çəkməyə davame dir.
Publika.az xəbər verir ki, "Hymn For The Weekend" adlı mahnının klipi üçün Beyonsla kamera qarşısına keçən qrup üzvləri bu dəfə "Up & Up" mahnısına klip çəkdirib.
Orjinal klipləri ilə daim gündəmdə qalmağı bacaran Coldplay "Up & Up"ın ekran işi üçün sürrealizmə müraciət edib. Rejissorluğunu Vaniya Heymen və Qel Maqiyanın etdiyi sürreal klip insanı heyrətləndirir.Təsadüfi deyil ki, klipi qısa müddətdə 6 milyondan çox insan izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31