“Koroğlu” operasının tamaşası keçiriləcək

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz "Koroğlu" operasının tamaşası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, premyerası 1937-ci ildə baş tutan bu opera milli opera sənətimizin incilərindən biri olub artıq 79 ildir ki, səhnədədir. Bu illər ərzində tamaşada əsas partiyaları Azərbaycan vokal sənətinin bir çox görkəmli nümayəndələri ifa ediblər. Mayın 25-də baş tutacaq tamaşada iki əsas partiyada yeni ifaçıların debütü gözlənilir - Koroğlu rolunda ilk dəfə Əməkdar artist, Azərbaycan Respublikası Prezidentinin fəxri mükafatçısı Fərid Əliyev, Həsən xan rolunda isə digər bir gənc vokalçı, Əməkdar artist Cahangir Qurbanov çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31