Müğənni: "Paltarım yaxşı olmadığı üçün məni müsabiqəyə qəbul etmədilər"
18 May 2016 11:37 MədəniyyətMüğənni Bahar Lətifqızı çəkdiyi əziyyətlərdən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı illər öncə başına gələn hadisədən söz açıb: "Mənim kimi həyat yaşayan insan olmayıb. Mənim yerimə kim olsaydı, həyatda sınardı. İllər öncə 7.17 müsabiqəsi var idi. Həmin yarışa iştirakçı kimi qatılmışdım. Geyimim yaxşı deyildi deyə, məni müsabiqəyə qəbul etmədilər. Həmin müsabiqədə olan münsifin hazırda sənətində durğunluq yaşanır. Mən buna rəğmən ümidimi itirmədim. Bütün çətinliklərin öhdəsindən gəldim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31