“Eurovision” 2016 qalibi dəyişə bilər – YENİ QALMAQAL

"Eurovision" 2016 mahnı müsabiqəsində ciddi səhvə yol verilib. Xarici KİV-in məlumatına görə, qiymətləndirmə mərhələsində iştirak edən Danimarka nümayəndəsi Hilda Heyk səhvən Danimarkanın ən yüksək səsini ( 12 bal) Ukraynaya verib.  H.Heyk  bildirib ki, əslində 12 balı Avstraliya təmsilçisi Dami İmin ifa etdiyi "The Sound of Silence" mahnısına vermək istəyiblər. Ukraynaya heç 1 bal belə vermək istəmədiklərini deyən Danimarka nümayəndəsinin dediklərini nəzərə alsaq, onda Danimarkanın səsvermə növbələşməsi əslində

Belə deyil:

Ukraine - 12 points
Australia - 10 points
Belgium - 8 points
The Netherlands - 7 points
Bulgaria - 6 points
Lithuania - 5 points
Sweden - 4 points
United Kingdom - 3 points
Israel - 2 points
Spain - 1 point


Belə olmalıymış:

Australia - 12 points
The Netherlands - 10 points
Belgium - 8 points
Sweden - 7 points
Bulgaria - 6 points
Spain - 5 points
Israel - 4 points
Russia - 3 points
Lithuania - 2 points
France - 1 point


Səhvini növbəti  gün başa düşən Hilda Heyk buna görə hələ də özünü narahat hiss edir.
Xatırladaq ki, o eyni səhvi yarımfinalda da etmişdi. Belə ki, o yarımfinalda ən yüksək balı səhvən Makedoniya təmsilçisi Kaliopiyə vermişdi.

Qeyd edək ki, Avropa Yayım Birliyinə (EBU) məsələ ilə bağlı müraciət edilib.  Lakin qurumun məsələ ilə bağlı hər hansı bir planı yoxdur.
Səsvermə nəticələri nəzərə alınaraq Ukraynanın topladığı 534 baldan 12 xal geri götürülərək Avstraliyanın topladığı 511 bala əlavə olunsa, Dami İm 1 xal fərqlə qalib hesab edilə bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31