Tolikdən Səmraya sərt sözlər: "Azərbaycanlı qızının qucaqlarda gəzməsi..."

Tanınmış prodüsser Tolik (Tarix Əliyev) Səmranı növbəti dəfə tənqid edib. Baku.ws  bildirir ki, Tolik Səmranın "Eurovision" təmsilçilərindən birinin qucağındakı fotosunu paylaşaraq tənqid edib: "Təbriklər, Azərbaycan! Çox uğurlu çıxış idi, çox qürur verdi. Dilarə Kazımovaya gülürdünüz, amma o bizi layiqincə təmsil etmişdi. Heç nə olmaz, əsas odur ki, azərbaycanlı qızının qucaqlarda gəzməsi avropalıların yadında qalsın. Burada bu qıza sabunluq edənlərə deyirəm, sabunluğunuzu saxlayın, gedərsiniz aeroporta qarşılamağa, gedəndə yollar sürüşkən olsun! Mən bircə öldüyüm günü bilmirəm",-deyə Tolik yazıb.

Qeyd edək ki, bundan əvvəl də Tolik Səmranın fotolarını paylaşaraq onun ünvanına sərt sözlər yazmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31