"Qızlarıma heç bir qadağa qoymuram"
16 May 2016 19:07 Mədəniyyət"Eurovision 2011" qalibi Nigar Camal geri qayıdır. Axşam.az bildirir ki, bir il əvvəl Türkiyədə "Her halde" mahnısını çıxaran müğənni yenidən işə başlayıb. İfaçı "ATV maqazin onlarla" verilişində yeni mahnılar hazırladığını deyib: "Artıq hazırlıqlara başlamışıq. Bundan sonra ildə bir neçə dəfə klip təqdim edəcəyəm. "Her halde" çox qlamur klip olmuşdu. Bu dəfə sadə ekran işi edəcəm". Hər zaman eyni imicdə görünən N.Camal bu ənənəsinə sadiq qalacağını söyləyib: "Obrazımı dəyişməyi, fərqli saç düzümləri etməyi sevmirəm. Uzun saçı xoşlayıram, bunları heç vaxt kəsdirmərəm. Arıq olmaq bizdə genetikdir, istəsəm də kökəlmərəm. İndi 51 kiloqramam. Ən kök vaxtım övladım dünyaya gələndə idi. Onda da 55 olmuşdum".
Qızları Səidə və Jasmindən söz açan N.Camal onlara heç vaxt qadağa qoymadığını bildirib: "Birlikdə əylənirik, gülürük. Rəfiqə kimiyik. "Onu etmə, bunu etmə olmaz" demirəm. Onda nə uşaqlıq oldu ki... İstəmirəm ki, uşaqlarımla sərt davranım. Onsuz böyüyəndə həyatda o qədər çətinliklərlə qarşılaşacaqlar ki... Tək cəzam budur ki, deyirəm, "Bunu etməsəniz, heç yerə getməyəcəyik".