“Eurovision 2016" mahnımıza klip çəkildi VIDEO
13 May 2016 18:02 MədəniyyətÖlkəmizi "Eurovision 2016"da təmsil edən Səmra Rəhimlinin ifa etdiyi "Miracle" ("Möcüzə") adlı mahnının yeni akustik versiyası hazırlanıb. SİA-nın verdiyi xəbərə görə, bəstəyə klip də çəkilib. Bu haqda təmsilçimiz rəsmi "Facebook" səhifəsində yazıb. Səmra bildirib ki, çəkilişlər onun promo turları zamanı 6 ölkədə lentə alınıb.
Qeyd edək ki, Səmra Rəhimli öz promo turu çərçivəsində Avropadakı fanatları üçün "Miracle" mahnısının iki remiksini də təqdim edib. Remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31