Azərbaycan Çelyabinskdə keçirilən orqan musiqi festivalında təmsil olunub
13 May 2016 16:44 MədəniyyətÇelyabinsk şəhərində orqan musiqi festivalı keçirilib. APA-nın məlumatına görə, tədbir Rusiya mədəniyyət nazirliyinin dəstəyi ilə təşkil edilib. Festivalda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyanın müasir ifaçıları öz yaradıcılıqlarını və məharətlərini nümayiş etdiriblər. Proqramın əsasını klassik orqan musiqisi təşkil edib. Azərbaycanı festivalda beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva təmsil edib. Proqrama N.Brunk, İ.Bax, F.Mendelson, Q.Qarayevin əsərləri salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31