Boşandığı deyilən sənətçimizdən cavab: "25 ildir ailəliyəm"

Müğənni Könül Kərimovanın boşandığı haqda xəbərlər yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı barəsində yayılan söz-söhbətə münasibət bildirib: "Həyat yoldaşımla boşanan vaxtım deyil. 25 ildir ailəliyik. İndi mənim oğluma elçi gedən vaxtımdır. Bu günə kimi xoşbəxt yaşamışıqsa, demək bundan sonra da belə olacağıq. Allah bizə ömür boyu birlikdə yaşamağı, qocalmağı nəsib etsin".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31