“Eurovision-2016”-nın bütün finalçıları bəlli oldu

Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Iikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır. Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31