Türkiyəli aktrisa vəfat etdi
12 May 2016 17:29 MədəniyyətTürkiyənin tanınmış teatr aktrisası Heyecan Başaran vəfat edib. Aktrisa 89 yaşında dünyasını dəyişib. Aktrisanın türk teatrında yaratdığı obrazlar bir zamanlar çox məşhur olub. 1927-ci ildə Ankarada dünyaya gələn aktrisa ilk dəfə 6 yaşında olanda "Əsli və Kərəm" operasında səhnəyə çıxıb. Aktrisa 27 yaşında imkanlı iş adamı ilə ailə qurub və səhnəni tamamilə tərk edib. Heyecan Başaranın teatr və kinoda ifa etdiyi obrazları unutmayanlar aktrisanı son mənzilə yola salıblar. Dəfn mərasimində türk sənət dünyasından heç kim iştirak etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31