"Bu şəhərdə" kollektivi səfərə hazırlaşır

Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovun yer aldığı "Bu şəhərdə" komandası Sankt-Peterburqa səfər edəcək. Axşam.az-ın məlumatına görə, aktyorlar orada konsert proqramı ilə çıxış edəcəklər. C.Rəhimov və R.İsgəndərovun konserti mayın 28-də Respublika Gününə həsr olunan proqramla M.Qorkiy adına mədəniyyət sarayında baş tutacaq. Konsertdə həmçinin yerli estrada ifaçıları da çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31