"Tarkan fanatıyla evləndi deyə, hamı yazır ki, "evlənək"
12 May 2016 14:36 MədəniyyətAktyor Eser Yenenler dünən məkanlardan birində jurnalistlərlə qarşılaşıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "3 Adam" verilişindəki dostları Oğuzhan Koç və Obrahim Büyükakla suallaram zarafatla cavab verib: "Bir-birimizdən yorulduq, 25 ildir hər gün bir eyni adamlar bir-birini görür. Ona görə arada belə ayrı gəzirik". Tarkanın fanatıyla sürpriz evliliyi haqda danışan Eser "Tarkana yaraşan hərəkət oldu. Başqası etsə, bəlkə tənqid olunardı, amma söhbət Tarkan olunca hər kəsə normal gəlir" deyib. O, həmin toydan sonrakı çətinlikləri haqda belə deyib: "Tarkanın pərəstişkarı ilə evlənməsi bizim üçün də problem oldu. Hər kəs sosial mediadan mesaj yazır ki, "Mən də sənin fanatınam, tanış olub, evlənək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31