Bakıda İran Kinosu Günləri keçiriləcək

Mayın 14-17-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nazami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını zəngin keçmişə malik İran kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan Kino Günləri çərçivəsində açılış günü, mayın 14-də "143-cü çuxur", 15 may -da "Bir dişləm qənd", 16 may-da "Bu gün" və 17 mayda isə "Nəqqaşlıq hovuzu" bədii filmləri tamaşaçılara təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31