Bu gün "Eurovision-2016"da ikinci yarımfinal keçiriləcək
12 May 2016 12:00 MədəniyyətBu gün Stokholmda "Eurovision-2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.yarımfinal nəticəsində daha 10 finalçı müəyyənləşəcək.Bugünkü yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika çıxış edəcək.Qeyd edək ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli ilk yarımfinalın nəticələri əsasında finala vəsiqə qazanıb.Ümumiyyətlə, finalda 26 ölkə iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31