"Viaqra" solisti Səmradan yazdı: "Bu qızcığazla 4 il əvvəl..."
12 May 2016 11:15 Mədəniyyət"Mən sakitcə oturub "Eurovision"a baxırdım. Birdən təsadüfi olaraq Səmra qarşıma çıxdı. Bu qızcığazla 4 il əvvəl "X factor" müsabiqəsində iştirak etmişik". Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın məşhur "Viaqra" qrupunun solisti Anastasiya Kojevnikova bildirib. Müğənni instaqramda "Eurovision" təmsilçimiz Səmra Rəhimli barədə fikirlərini qeyd edib: "Seçim turu zamanı üçlükdə bir mahnı ifa etmişdik. Lakin müsabiqədən keçə bilmədik. Bilmirdim ki, o, bu il ölkəsini təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azarkeşlik edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31