"İrem Derici nostalji notları darmadağın edib"

Türkiyəli müğənni İrem Dericinin yeni "Evlənməyə bax" adlı mahnısına çəkilən klip tənqid hədəfi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən aylarda Rıza Esendemirle 2 illik evliliyinə son qoyan İrem Dericinin mahnısı və klipi birmənalı qarşılanmayıb. Müğənninin çəkilş üçün ağ gəlinlik geyinməsi tənqid yağışına tutulub.

Qeyd edək ki, İrem Derici klipdə "Selvi boylum, al yazmalım" filmindən Türkan Şoray, onun tərəf müqabili olan Sinan Akçıl isə Kadir İnanır xarakterini oynayıb.  İ.Derici bu klipdə Türkan Şoraydan ilham aldığını qeyd edib. Lakin nostalji notları modern görüntülərlə dəyişən xanım sənətçi haqqında bunlar deyilib: "Al Yazmalım" əfsanəsini darmadağın etmisiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31