Diqqət, Kann başlandı

Builki, sayca 69-cu beynəlxalq Kann Kinofestivalı həmişəkindən daha qalmaqallı, yaddaqalan olacaq. Festivala Pedro Almodovar, Pol Verxuven və Cim Carmuşun filmləri təqdim olunub. Münsiflər heyətinə isə "Çılğın Maks"ın müəllifi Corc Miller başçılıq edir Milli.Az European-a istinadən bildirir ki, builki festivalda əsas mükafat olan "Qızıl palma budağı" uğrunda Cim Carmuş, Pedro Almodovar, Olivye Assayas, Şon Penn, Nikolas Vindinq Refn və digər rejissorların filmləri mübarizə aparacaqlar. Festivalın paralel proqramlarında da mübarizə gərgin olasıdır. 87 yaşlı psixonavt Alehandro Xodorovskinin yeni lenti və "Taksist" filminin ssenari müəllifi Pol Şredderin əsəri gözlənilir. Müsabiqədən kənar nümayişlərə gəldikdə isə, Kannda Stiven Spilberqin "Böyük və şəfqətli nəhəng" filmi, habelə Conatan Litellin rejissor debütü "Düz olmayan elementlər" göstəriləcək. Festival Vudi Allenin "Cafe Society" retrokomediyası ilə açılıb. Avstraliyalı rejissor Corc Millerin başçılıq etdiyi münsiflər heyətində aktyorlar Məds Mikkelsen, Donald Sazerlend, Valeriya Qolino, Vanessa Paradi, fransız rejissor Arno Depleşen və ötənilki triumfator, "Saulun oğlu" filminin müəllifi Laslo Nemeş var. Onlar 21 film arasından ən yaxşısını seçməlidirlər. Dünən Kannda, Fransız Rivyerasındakı "Palais des Festivals et des Congrè"də keçirilmiş təntənəli açılış mərasimindən fotoları təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31